Batumidə 27 Sentyabr – Anım Günü qeyd olunub
2026
Batumidə 27 Sentyabr – Anım Günü qeyd olunub
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Gürcüstanın Batumi şəhərində fəaliyyət göstərən Mirzə Fətəli Axundzadə adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətində 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə ölkəmizin Batumi şəhərindəki Baş Konsulluğun əməkdaşları, SOCAR-ın Batumidəki nümayəndəliyinin rəhbəri Səfər Əlizadə, Mirzə Fətəli Axundzadə adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin rəhbəri Rövşən Namazov, Gürcüstanda yaşayan soydaşlarımız, həmçinin Batumidəki Azərbaycan dili müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Baş konsul Fuad Əzizov çıxışında Anım Gününün xalqımızın müasir tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, şəhidlərin Vətən uğrunda göstərdiyi fədakarlıqdan danışıb.
Cəmiyyətin rəhbəri Rövşən Namazov xaricdə yaşayan soydaşlarımızın Vətən müharibəsi dövründə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında fəal iştirak etdiklərini, şəhidlərimizin xatirəsinin daim uca tutulmasının vacibliyini bildirib.
Sonda şagirdlər Vətənə və şəhidlərin əziz xatirəsinə həsr olunan şeirlər səsləndiriblər.
https://x.com/DiasporaAz/status/2106252078285017487
Foto qalereya


dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/batumide-27-sentyabr-anim-gunu-qeyd-olunub-7401
https://x.com/DiasporaAz/status/2106252078285017487
Uganda Gazetesi