Komitə sədri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə onlayn görüşüb

Komitə sədri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə onlayn görüşüb 2025 Komitə sədri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə onlayn görüşüb Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Cəfər Nəcəfli və Əkbər Əsgərov ilə onlayn formatda görüş keçirib.

📅 Mart 20, 2025 📂 DÜNYA 🔊
Komitə sədri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə onlayn görüşüb

Komitə sədri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə onlayn görüşüb

2025

Komitə sədri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə onlayn görüşüb

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Cəfər Nəcəfli və Əkbər Əsgərov ilə onlayn formatda görüş keçirib.

 

https://x.com/DiasporaAz/status/1902381241795543089

 

Görüş zamanı Fuad Muradov qalibləri müsabiqədə qazandıqları nailiyyət münasibətilə təbrik edib. O, Azərbaycan diasporunun beynəlxalq arenada mövqeyinin gücləndirilməsi istiqamətində görülən işlərdən, bu istiqamətdə fəallığının artırılması və onların Azərbaycanın milli maraqlarının müdafiəsində daha fəal iştirak etməsinin vacibliyindən danışıb. Fuad Muradov, həmçinin müsabiqə qaliblərinə hazırda yaşadıqları ölkələrdəki diaspor təşkilatları, Azərbaycan Evləri, Koordinasiya Şuraları və həftəsonu Azərbaycan məktəbləri barədə ətraflı məlumat verib.

 

https://x.com/DiasporaAz/status/1902381241795543089

 

Cəfər Nəcəfli və Əkbər Əsgərov öz çıxışlarında müsabiqədə iştirak təcrübələrindən, layihələr çərçivəsində həyata keçirmək istədikləri fəaliyyətlərdən və gələcək planlarından bəhs ediblər.

 

https://x.com/DiasporaAz/status/1902381241795543089

 

Görüşdə Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi, qaliblərin xaricdə milli maraqları təbliğ etməkdə rolu və onların potensialının reallaşdırılması üçün atılacaq addımlar ətrafında müzakirələr aparılıb. Fuad Muradov Mentorluq Proqramı çərçivəsində qaliblərə öz tövsiyələrini verərək onların irəli sürdükləri təşəbbüslərə hər zaman dəstək göstəriləcəyini bildirib.

 

https://x.com/DiasporaAz/status/1902381241795543089

 

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Foto qalereya

 

https://x.com/DiasporaAz/status/1902381241795543089

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər

kaynak:https://diaspor.gov.az/az/news-detail/komite-sedri-yukselis-musabiqesinin-qalibleri-ile-onlayn-gorusub-5662

 

 

https://x.com/DiasporaAz/status/1902381241795543089

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir